Finss.az - Avqustun 21-də Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva Kəlbəcərdə bir sıra infrastruktur layihələrinin açılışında iştirak ediblər. Dövlət başçısı Murovdağ tunelinin texniki açılışını edib – tunel uzunluğuna görə Avropada 5-ci, MDB ölkələri arasında isə birincidir.
Həmçinin, 807 mənzillik 4-cü yaşayış kompleksinin təməli qoyulub, şəhər parkı və arıçılıq məhsulları mağazası istifadəyə verilib. Layihələr bölgədə turizm, kənd təsərrüfatı və sakinlərin rahat yaşayışı üçün vacibdir.
Prezident İlham Əliyev Kəlbəcər sakinləri ilə görüşərək regionun bərpası və inkişafı istiqamətində görülən işləri vurğulayıb.



